Search for a command to run...
Bu tədqiqat işində dialoji diskursda kommunikativ nəzakət strategiyaları təhlil edilir. İnsanlar arasında qarşılıqlı əlaqələrin qurulması zamanı dialoq prosesində nəzakətli ünsiyyət strategiyaları münaqişələrin azaldılmasında mühüm rol oynayır. Dialoji diskursda nəzakət təkcə sosial münasibətlərin qorunmasına kömək etmir, həm də münaqişələrin azaldılmasında, əməkdaşlığın artırılmasında və mənanın effektiv şəkildə çatdırılmasında mühüm rol oynayır. Bu tədqiqatın məqsədi söhbət zaman vacib əhəmiyyət kəsb edən nəzakətli strategiyaları izah etmək, eləcə də onların müxtəlif ünsiyyət kontekstlərində funksiyasını göstərməkdir. Tədqiqat metodu təsviri analitik mahiyyət kəsb edir. Tədqiqat işi nəzəri mənbələrin sistematik icmalına, diskurs təhlili və nəzakət nəzəriyyələri ilə əlaqədar əvvəlki tədqiqatlara əsaslanır. Tədqiqat eyni zamanda birləşdirilmiş keyfiyyət və kəmiyyət yanaşmasına əsaslanır. Bu tədqiqat nəzakətin söhbətdəki rolunun obyektiv mənzərəsini təqdim edir və daha praktiki tədqiqatlar üçün əsas yaradır. Təhlil edilən obyekt gündəlik söhbətlərdən, institusional qarşılıqlı əlaqələrdən və rəqəmsal vasitəçilik mübadilələrindən götürülmüş dialoqları əhatə edir. Qeyd edək ki, nəzakət strategiyaları müəyyən edilmiş nəzəri modellərə uyğun olaraq təyin edilmişdir. Ümumiyyətlə, nəzakət strategiyaları iştirakçı rollarına və kommunikativ məqsədlərə görə dəyişir. Nəzakətə əsaslanan ünsiyyət strategiyaları fərdlərə fikirlərini effektiv şəkildə təqdim etməyə, mübahisələri sülh yolu ilə həll etməyə və sosial mühitdə müsbət təəssürat yaratmağa kömək edir. Bu strategiyalar yalnız söz seçimi və danışıq tərzi ilə məhdudlaşmır, həm də dinləmə bacarıqlarının, emosiyaların anlaşılmasının və empatiyanın rolunu əhatə edir. Bu tədqiqat müasir ünsiyyətdə nəzakətin praqmatik rolunun daha incə şəkildə başa düşülməsinə töhfə verir.